Hakan Fidan ilə Sullivanın görüşündə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olundu

Hakan Fidan ilə Sullivanın görüşündə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olundu backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda görüşdüyü ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivana Qəzzada ən qısa zamanda atəşkəsin elan edilməsi və bölgəyə humanitar yardımların artırılması lazım olduğunu deyib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-da milli təhlükəsizlik müşaviri Sallivan ilə görüşüb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüşdə Qəzzada ən qısa zamanda atəşkəsin elan edilməsi və bölgəyə çatan humanitar yardımların artırılmasının vacibliyi bildirilib.

Danışıqlarda əldə olunan yekun nəticə qiymətləndirilib.

Ukraynada müharibənin daha da uzadılmamalı olduğu, Ukraynanın ərazi və siyasi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğu bildirilib.

Görüşdə Türkiyənin Suriyadakı terror təşkilatlarına qarşı mübarizədə qətiyyəti vurğulanıb.

ABŞ-ın bu məsələdə müttəfiqlik ruhuna uyğun hərəkət etməli və PKK-nın uzantıları ilə əlaqələrini kəsməli olduğu bildirilib.

Görüşdə Türkiyənin İraqda siyasi sabitliyə verdiyi önəm də vurğulanıb. İraqda terrorçuların aktivlərinə qarşı mübarizədə son vəziyyət müzakirə edilib.

Fidan və Sallivan arasında keçirilən görüşdə Azərbaycan-Ermənistan sülh prosesi də gündəmdə olan məsələlər arasında olub. Bildirilib ki, sülh prosesində əldə olunacaq irəliləyiş Qafqazın çiçəklənməsi üçün həlledici olacaq.

QAZİLER.AZ

Diaspora