Rusiyalı hərbçilər İzyum yaxınlığındakı kəndi vurublar: ölən və yaralananlar var

Rusiyalı hərbçilər İzyum yaxınlığındakı kəndi vurublar: ölən və yaralananlar var backend

İşğalçılar martın 6-da Xarkov vilayətinin İzyum rayonunun Borovaya kəndinə zərbə endiriblər. Bir kişi ölüb, yaralananlar arasında üç uşaq da var.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinegubovun bəyanatına istinadən xəbər verir.

"İlkin məlumatlara görə, 70 yaşlı mülki şəxs həlak olub. Üçü uşaq olmaqla dörd nəfər yaralanıb", - o deyib.

Həmçinin administrasiya rəhbərinin sözlərinə görə, bir qadın dağıntılar altından çıxarılaraq xəstəxanaya çatdırılıb.

Bundan əlavə, zərbə nəticəsində evdə yanğın baş verib, avtomobil, qaraj, yardımçı tikililər yanıb.

QAZİLER.AZ

Diaspora