Rusiyanın Voronej vilayətində neft anbarının yaxınlığında partlayış baş verib.
Qaziler.az bildirir ki, bu barədə “Moskva danışır” radiostansiyası Telegram-da regional hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, fövqəladə hadisə şəhər tipli Anna qəsəbəsində baş verib. Hadisə şahidlərinin sosial şəbəkələrdə verdiyi açıqlamalara görə, partlayışdan sonra yanğın olmayıb.
Martın 6-da səhər saatlarında Voronej vilayətinin başçısı Aleksandr Qusev Ukrayna pilotsuz təyyarələrinin bölgəyə hücum cəhdi barədə məlumat verib.
QAZİLER,AZ