Türkiyədə şagirdləri daşıyan avtobus aşdı: 20 yaralı

Türkiyədə şagirdləri daşıyan avtobus aşdı:  20 yaralı backend

Türkiyənin Samsun bölgəsinin Vezirköprü rayonunda şagirdləri daşıyan avtobusunun aşması nəticəsində sürücü və 19 məktəbli yüngül xəsarət alıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Samsunun Vezirköprü mahalında xidməti mikroavtobus idarəetmədən çıxaraq sahəyə aşıb.

Xəbər verildikdən sonra hadisə yerinə 112 Təcili Xidmət və polis qrupları gəlib.

Qəzada sürücü və 19 şagird yüngül xəsarət alıb.

Yaralılar Vezirköprü Dövlət Xəstəxanasına aparılıb.

QAZİLER.AZ

Diaspora