Rusiyanın Voronej şəhərində fərdi pansionat yanıb, 52 nəfər təxliyə edilib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə martın 5-də Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Departamentin Telegram kanalında verdiyi məlumata görə, 200 kvadratmetrlik binanın dam örtüyü yanıb.
“Rəhbərliyin məlumatına görə, içəridə 52 nəfər olub: 49 hərəkət qabiliyyəti məhdud xəstə və üç işçi. Ən qısa müddətdə Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hər kəsi təxliyə etməyə müvəffəq olublar”, - məlumatda deyilir.
Yanğın söndürülüb.
QAZİLER.AZ