Rusiya bu gecə Ukrayna ərazisinə 42 "Şahed"lə hava zərbəsi endirib: Əksəriyyəti vurulub

Rusiya bu gecə Ukrayna ərazisinə 42 "Şahed"lə hava zərbəsi endirib:  Əksəriyyəti vurulub backend

Martın 6-na keçən gecə rusiyalı işğalçılar kamikadze pilotsuz uçan aparatlardan istifadə edərək növbəti dəfə Ukraynaya hava zərbəsi endiriblər. Ümumilikdə, müdaxiləçilər Ukrayna ərazisinə 42 “Şəhed” atıblar ki, onların da əksəriyyəti Ukrayna Müdafiə Qüvvələri tərəfindən məhv edilib.

Qaziler.az bildirir ki, bu barədə  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Facebook səhifəsinə keçidlə məlumat yayıb.

Beləliklə, səma müdafiəçiləri düşmənin 38 hücum dronunu vurublar.

“Gecə Rusiya işğalçıları “Şahed” tipli PUA-lardan istifadə etməklə növbəti dəfə Ukraynaya hücum edib. Müdafiə Qüvvələri bu 42 pilotsuz təyyarədən 38-ni məhv edib".

Bu barədə hərbi komandanlığın səhər hesabatında deyilir.

Bildirilir ki, həlak olanlar və infrastruktura dəyən ziyanla bağlı məlumatlar dəqiqləşdirilir.

QAZİLER.AZ

Diaspora