Artıq Qara dənizdə rus terrorçuları üçün təhlükəsiz limanlar və səmada təhlükəsiz yer qalmayacaq.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin axşam müraciətinə istinadən məlumat yayıb.
"Bu gün mən bütün əsgərlərimizə, həm Ukrayna səmasında, həm də Qara dənizimizdə təhlükəsizliyi və nəzarəti bərpa edən bütün bölmələrə təşəkkür etmək istəyirəm. Ukrayna sübut etdi ki, biz nəyə qadiriki", - deyə Zelenski bildirib.
O qeyd edib ki, bunu vurulan Rusiya hərbi təyyarələrinin sayı və ukraynalı əsgərlərin Rusiya donanmasına münasibətdə imkanları sübut edir.
"Artıq Qara dənizdə rusiyalı terrorçular üçün təhlükəsiz limanlar yoxdur və olmayacaq. Və səmada da onlar üçün təhlükəsiz yer olmayacaq. Ukraynanın gücünün yetdiyi qədər. Bu, həm tərəfdaşlardan gələn tədarüklərə, həm də daxili istehsalımıza aiddir", -Ukrayna prezidenti vurğulayıb.
QAZİLER.AZ