Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mahnı bəstələməyə davam edəcəyini, lakin özü onları ifa etməyi planlaşdırmadığını bildirib.
Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
Agentlikdən diplomatın mahnı yazıb özü səhnədə ifa etmək planının olub-olmaması ilə bağlı sualına Zaxarova müsbət cavab verməyib.
“Xeyr, mənim oxumaq üçün elə istedadım yoxdur... Mən, əlbəttə ki,... gözəl oxumaq istərdim, bəlkə də ailəmlə olanda, amma... yox, bu, elə vəziyyətdeyil.Amma mən çox şadam ki, ona yaxın, bəlkə də bir az daha çox mahnı artıq yaşayır".
Həmçinin, Xarici İşlər Nazirliyinin nümayəndəsi TASS ilə söhbətdə Afrikadan olan bir sıra tələbələrin pleylistlərini nümayiş etdirdiklərini, digər mahnılarla yanaşı, Lyubov Uspenskayanın ifasında Zaxarovanın yeni bəstəsinin də olduğunu biləndə təsirləndi.
QAZİLER.AZ