Türkiyənin Adana şəhərində minik avtomobili ilə fəhlə servisinin toqquşması nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Mərkəz Yüreğir rayonu Suluca rayonu ərazisində D-400 şosesində Mehmet Can Andırın idarə etdiyi avtomobil sürücünün sükanı itirməsi nəticəsində qarşı zolağa çıxıb və E.İ-nin idarə etdiyi işçiləri daşıyan xidməti mikroavtobusla toqquşub.
Qəzada sürücü Andırın və anası Hayriye Andırın hadisə yerində ölüb.
Adana Hacı Sabancı Mütəşəkkil Sənaye Bölgəsindəki fabrikdə çalışan, mikroavtobusda olan 14 nəfər isə yaralanıb.
Yaralılar hadisə yerinə sövq edilən təcili tibbi yardım maşınları ilə şəhərdəki xəstəxanalara çatdırılıb.
QAZİLER.AZ