Dnepr çayının hər iki sahilindəki ərazilər Rusiya sərhədlərinin tərkib hissəsidir və onları qoparmaq üçün bütün cəhdlər məhvə məhkumdur.
Qaziler.az bildirir ki, bunu martın 4-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ümumdünya Gənclər Festivalında “Bilik.Birinci” marafonunda çıxışı zamanı deyib.
“Bütün rəqiblərimiz qəti və həmişəlik olaraq sadə bir həqiqəti dərk etməlidirlər: Dnepr çayının hər iki sahilindəki ərazilər Rusiyanın strateji tarixi sərhədlərinin ayrılmaz hissəsidir”.
Medvedyev əlavə edib ki, onları zorla dəyişdirmək cəhdləri məhvə məhkumdur.
Bundan əlavə, o, "bizə başqasının torpağı lazım deyil, amma Rusiya öz torpaqlarını da heç kimə verməyəcək" deyib.
Ümumdünya Gənclər Festivalı martın 1-dən 7-dək Soçidəki "Sirius" federal ərazisində keçirilir.
QAZİLER.AZ