Rusiyalı futbolçu uğursuz vətəndaşlıq dəyişikliyindən danışıb

Rusiyalı futbolçu uğursuz vətəndaşlıq dəyişikliyindən danışıb backend

"Axmat"ın qapıçısı Giorgi Şeliya vətəndaşlığın dəyişdirmək istəyinin uğursuzlu danışıb. 

Qaziler.az bildirir ki, futbolçunun sözlərini Sport24 sitat gətirir. Şeliya Gürcüstan millisində oynamaq arzusunda olduğunu və Gürcüstan pasportu almaq istədiyini bildirib. “Sənədləri təqdim etdim, imtina etdilər. Yenidən müraciət etmədim. Xəyallar bəzən gerçəkləşir, bəzən alınmır”.

Futbolçu onu da bildirib ki, əvvəllər Gürcüstan vətəndaşlığı olub, lakin 13 yaşında Rusiya vətəndaşlığını aldıqdan sonra ona xitam verilib. “Mən Gürcüstan vətəndaşlığını hətta almalı deyildim, bərpa etməli idim - bu, ən asan yoldur. Amma kimsə istəmədi ki, o, məndə olsun”, - deyə idmançı qeyd edib.

35 yaşlı Şeliya bu mövsüm bütün turnirlərdə 19 oyun keçirib və 26 qol buraxıb.

QAZİLER.AZ

 

Diaspora