Rusiyada dəmiryol körpüsündə baş verən partlayışın təfərrüatları məlum olub

Rusiyada dəmiryol körpüsündə baş verən partlayışın təfərrüatları məlum olub backend

Rusiyanın Samara vilayətində dəmir yolu körpüsündə baş verən partlayış qatarların gecikməsinə səbəb olub.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, SHOT Telegram kanalı xəbər verir ki, Samara vilayətində dəmir yolu körpüsündə baş verən partlayış nəticəsində metal konstruksiyalar zədələnib.

Rusiya Dəmir Yollarının mətbuat xidmətindən verilən məlumata görə, insident nəticəsində beş qatar gecikib. Zərərçəkən yoxdur.

Rusiya Dəmir Yolları xəbər verir ki, şəhərətrafı qatarların hərəkət cədvəlində dəyişikliklər gözlənilir.

QAZİLER.AZ

Diaspora