Türkiyədə yanacaq tankerində yanğın: 4 yaralı

Türkiyədə yanacaq tankerində yanğın: 4 yaralı backend

İstanbulun Ataşehir rayonunda  yanacaq tankerində baş verən yanğında 2-si ağır olmaqla 4 nəfər xəsarət alıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ataşehirdə naməlum səbəbdən yanacaq tankerində yanğın baş verib.

Xəbər verildikdən sonra bölgəyə 112 Təcili Tibbi Yardım, xilasetmə, polis və AFAD qrupları sövq edilib.

Yanğında 2-si ağır yaralanan 4 nəfər  ilkin tibbi yardımdan sonra ətraf xəstəxanalara aparılıb.

Yanğın xilasetmə qruplarının müdaxiləsi ilə söndürülüb.

QAZİLER.AZ 

Diaspora