Şəxsiyyət vəsiqəsindən istifadə etdiyi bacısına oxşamaq üçün plastik əməliyyat etdirib - FOTO

Şəxsiyyət vəsiqəsindən istifadə etdiyi bacısına oxşamaq üçün plastik əməliyyat etdirib - FOTO backend

Şirkət çeklərini oğurlayan, dəyişdirərək bazara çıxaran şübhəli İstanbulda yaxalanıb. Məlum olub ki, şübhəli şəxs kimliyindən istifadə etdiyi bacısına oxşamaq üçün üzündə plastik əməliyyat etdirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbulda polis qanuni firmaların istifadə etdiyi çeklərin oğurlandığı və doldurularaq bazara çıxarıldığı barədə məlumat əldə edib.

İstintaqı dərinləşdirən qruplar, A.C.-nin 6 vilayətdə 19 ayrı cinayətə görə yoxlamalar aparıldığı müəyyən ediblər. Cinayətin həmin qadın tərəfindən törədildiyi məlum olub.

Jandarma qrupları Beyoğluda bir evdə yaşadığı öyrənilən A.C-ni cinayət başında yaxalayaraq nəzarətə götürdü. Evə baxış zamanı müxtəlif şirkətlərə məxsus çek kötükləri, çoxlu ştamp və möhür götürülüb.

Dindirilən A.C-nin tutulmamaq üçün bacısının şəxsiyyət vəsiqəsindən istifadə etdiyi öyrənilib.  Məlum olub ki, A.C də tutulmamaq üçün mütəmadi olaraq ünvanını dəyişir.

İstanbul Vilayət Jandarma Komandanlığı qrupları tərəfindən dindirilməsi tamamlanan A.C. məhkəmə qərarı ilə həbsxanaya göndərilib.

QAZİLER.AZ

Diaspora