7 yaşlı oğlan dostunun həyatını xilas etdi - VİDEO

7 yaşlı oğlan dostunun həyatını xilas etdi - VİDEO backend

Qazaxıstanın paytaxtı Astanada balıqçılar buzun üstündən sürüşərək suya düşən 7 yaşlı uşağı xilas ediblər.

Qaziler.az  bildirir ki, bu barədə Kazinform xəbər verir. 

Sarıarka rayon polis şöbəsinin rəisi Kadır Malqazdarov dostunun boğulduğunu görüb balıqçıları köməyə çağıra bilən 7 yaşlı Darxan Pusu təltif edib. Polisdən verilən məlumata görə, İşim çayında boğulan uşağı xilas edən qəhrəmanlardan biri, balıqçı Abdujapbar Abduraimova da qiymətli qol saatı hədiyyə edilib.

Astana Polis İdarəsinin məlumatına görə, 102-yə İşim çayının sahili yaxınlığında balıqçıların azyaşlı uşağı sudan çıxarması barədə məlumat daxil olub. Bu çağırışa avtopatrul göndərilib.

Nahardan sonra 7 yaşlı uşaq dostu ilə birlikdə sahil boyu gəzintiyə çıxıb oynayandan sonra uşaqlar buzun üzərinə çıxdılar. Bir anda buz çatlayıb və uşaqlardan biri suya düşüb. Yaxınlıqda balıqçıları görən oğlan onların yanına qaçaraq köməyə çağırıb. Balıqçılar dərhal batan oğlanın köməyinə gəliblər. Xoşbəxtlikdən uşağı sudan çıxarmaq mümkün olub, daha sonra təcili yardım çağırıblar. Hazırda uşağın vəziyyəti yaxşıdır.

Astana Polis İdarəsi valideynlərə uşaqları ilə kövrək buz üzərində çölə çıxmağın təhlükələri barədə danışmağı xatırladıb.

QAZİLER.AZ

Diaspora