Qazaxıstanda qadın ərinin qətlini sifariş etmək üçün 1,3 milyon tenge xərcləyib.
Qaziler.az Kazinform-a istinadən xəbər verir ki, əməliyyat tədbirləri çərçivəsində polis sifarişli qətlin qarşısını alıb.
Dərhal cavab tədbirləri görülüb - rayon Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları sifarişli qətlin qarşısını alıblar. Qərbi Qazaxıstan vilayətinin iki sakini saxlanılıb.
Müəyyən edilib ki, cinayəti törədən arvad boşanma zamanı əmlakı əri ilə bölüşmək istəməyib.
Şübhəlilərdən onların təqsirini təsdiq edən maddi sübutlar götürülüb. İstintaqın məlumatına görə, o, silah almaq və qətli həyata keçirmək üçün təşkilatçıya 1,3 milyon tenge köçürüb.
Həmin şəxslər saxlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi adam öldürməyə cəhd maddəsi ilə araşdırılır. Şübhəliləri 20 ilə qədər həbs cəzası gözləyir. Polisdən bildirilib ki, araşdırma aparılır.
QAZİLER.AZ