Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda baş verən dəhşətli qəzada 32 yaşlı Gökhan Erenin idarə etdiyi avtomobil 2 TIR arasında qalıb.
Qazier.az bildirir ki, kağız kimi əzilən nəqliyyat vasitəsinin sürücüsü Erenin cansız bədəni xilasedicilər tərəfindən çıxarılıb.
Saat səhər saatlarında İzmirdə dəhşətli qəza baş verib. Əldə edilən məlumata görə, Bornovadan Karşıyaka istiqamətində hərəkət edən Gökhan Eren (32) idarə etdiyi avtomobil Ahmet K.-nin idarə etdiyi yük maşınına arxadan dəyib.
Maşının arxasından gələn Mehmet B.-nin (39) idarə etdiyi 34 HJD 047 dövlət nömrə nişanlı yük maşını avtomobilə çırpılıb və avtomobil kağız kimi əzilib. Hadisə yerinə polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib.
Polis yolda təhlükəsizlik tədbirləri görərkən, xilasetmə qrupları avtomobildə sıxışan sürücünü çıxarıb. Sürücü Gökhan Erenin həyatını itirdiyi müəyyən edilib.
QAZİLER.AZ