"Əsl oğlanlar" və "Mənim gözəl dayəm" serialları ilə tanınan aktyor Pavel Markin 53 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə onun həmkarı Aleksandr Zaqoskin VKontakte sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Aktyor bildirib ki, Markinin dəfn mərasimi fevralın 29-da baş tutub. Lakin o, aktyorun ölüm səbəbini açıqlamayıb.
Pavel Markin 30 sentyabr 1970-ci ildə anadan olub. Aktyorluq karyerasına 2000-ci ildə rus komediya "DMB" filmindəki rolla başlayıb. Markin ümumilikdə 70-dən çox film və teleserialda, o cümlədən “Mənim gözəl dayəm”, “Əsl oğlanlar”, “SaşaTanya”, “Molodejka” və s. filmlərdə rol alıb.
QAZİLER.AZ