Britaniya faktiki olaraq Ukraynadakı münaqişədə birbaşa iştirak edir.
Qaziler.az bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RTVI-ya müsahibəsində deyib ki, Böyük Britaniya kəşfiyyat məlumatlarını Ukraynaya ötürür, ora silah və hərbi personal göndərir və bununla da faktiki olaraq silahlı münaqişədə birbaşa iştirak edir. Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, admiral Toni Radakinin Ukraynaya məxfi yardımı barədə “The Times”ın məlumatını şərh edərkən o, Kremldə belə məlumatların olmadığını bildirib. Eyni zamanda o, Rusiya Müdafiə Nazirliyinin bundan xəbəri olduğunu istisna etməyib.
"İngilislər müxtəlif dəstək formaları təqdim edirlər. Yəni faktiki olaraq bu münaqişədə birbaşa iştirak edirlər. Bu zabitə gəlincə, əlbəttə ki, administrasiyada belə məlumat yoxdur, lakin yəqin ki, bizim hərbçilər bundan xəbərdardır”, - Kreml spikeri bildirib.
QAZİLER.AZ