Rusiya Federasiyası fevralın 29-u səhər Donetsk vilayətinin Nikolayevka şəhərinin yaşayış sahəsinə KAB-500 hava bombası atıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
İdarənin bildirdiyinə görə, Rusiyanın hücumu nəticəsində 8 fərdi yaşayış evi, xəstəxana, qaraj və iki mülki avtomobil dağıdılıb. Qaz kəmərinə və elektrik şəbəkələrinə də ziyan dəyib.
Ölən və yaralananlar barədə məlumat verilməyib.
Xilasedicilər və bütün zəruri xidmətlər hadisə yerində olub.
QAZİLER.AZ