Özbəkistan Xarici İşlər Nazirliyi Özbəkistan vətəndaşlarının hansı ölkələrə vizasız gedə biləcəyini xatırladıb - ümumilikdə 31 ölkə var. Bundan başqa, ölkəyə gəldikdən sonra viza almaq üçün daha 28 ölkə və elektron viza verən 15 dövlət var.
Qaziler.az özbək mətbuatına istinadən bildirir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov Özbəkistan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısını açıqlayıb.
Özbəkistan vətəndaşları xarici pasportla aşağıdakı ölkələrə gedə bilərlər:
Antiqua və Barbuda;
Ermənistan;
Barbados;
Belarusiya;
Birləşmiş Ərəb Əmirlikləri;
Dominika;
İran;
Fələstin;
Filippin;
Haiti;
Qambiya;
Gürcüstan;
Keniya;
Fil Dişi Sahili;
Malayziya;
Mikroneziya;
Monqolustan;
Moldova;
Namibiya;
Azərbaycan;
Qırğızıstan;
Qazaxıstan;
Rusiya;
Sent Vinsent və Qrenadinlər;
Seyşel adaları;
Şri Lanka;
Surinam;
Tacikistan;
Türkiyə;
Ukrayna;
Qətər.
QAZİLER.AZ