Özbəkistan məktəbdə telefondan imtinaya görə 24 min dollar vəd edir

Özbəkistan məktəbdə telefondan imtinaya görə 24 min dollar vəd edir backend

Özbəkistanda, Daşkənd vilayətində valideynlərlə razılaşaraq telefondan istifadə etməkdən imtina edən məktəblərə 300 milyon sum (təxminən 24 min dollar) vəd edilib.

Qaziler.az bildirir ki, bu barədə özbək mətbuatı xəbər verir.

Daşkənd vilayətinin rəhbəri Zoyir Mirzayev fevralın 27-də Çirçikdə keçirilən təhsil şurasının iclasında rayondakı təhsil müəssisələrini “Telefonsuz məktəb” təşəbbüsü ilə çıxış etməyə dəvət edib.

İcra başçısı rayon Təhsil Şurasının Çirçikdə keçirilən iclasında məktəbdə telefondan istifadəni tənqid edib və bildirib ki, valideynlərlə razılaşdırılaraq məktəb ərazisində şagird və müəllimlərə telefondan istifadə qadağan edilməlidir.

Onun sözlərinə görə, heç bir məktəb rəhbəri məktəblərdə telefondan istifadəni dayandırmaq təşəbbüsü ilə çıxış etməyib.

Zoyir Mirzayev bildirib ki, valideynlərlə razılaşdırılaraq “Telefonsuz məktəb” təşəbbüsü ilə çıxış edən məktəb həvəsləndirici formada 300 milyon manat alacaq.

Xatırladaq ki, bir müddət əvvəl İngiltərə məktəblərində telefonlara qadağa qoyulmuşdu.

QAZİLER.AZ

Diaspora