Türkiyənin Kastamonu şəhərinin Cide rayonunda soyuducunun partlaması nəticəsində baş verən yanğında bitişik iki ev yararsız hala düşüb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə Cide rayonunun Karakadı kəndinin baş verib.
Soyuducunun partlaması nəticəsində kənddə yanğın baş verib. Yanğını görən vətəndaşların xəbəri üzərinə əraziyə yanğınsöndürənlər sövq edilib.
Rayon mərkəzindən 45 kilometr aralıda yerləşən kəndə çatan yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın nəzarət altına alınaraq qısa müddətdə söndürülüb. Yanğın zamanı bir-birinə bitişik iki ev yararsız hala düşüb.
Yanğınla bağlı araşdırmalara başlanılıb.
QAZİLER.AZ