Ukrayna Silahlı Qüvvələri Avdeyevka yaxınlığındakı daha iki kənddən geri çəkilib

Ukrayna Silahlı Qüvvələri Avdeyevka yaxınlığındakı daha iki kənddən geri çəkilib backend

Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Avdeyevka rayonunda iki kənddən geri çəkilib. Rusiyanın genişmiqyaslı işğalına qədər bu yaşayış məntəqələrində 100-ə qədər insan yaşayırdı.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, "Tavriya"nın nümayəndəsi Dmitri Lixovıy Avdeyevka yaxınlığındakı Severnoye və Stepovoye kəndlərindən Müdafiə Qüvvələrinin çıxdığınıı elan edib.

Kanal 24 xəbər verir ki, o, bu barədə telemarafon zamanı bildirib.

Lixovıy deyib ki, bunlar kiçik kəndlərdir. Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsindən əvvəl onların ümumi əhalisi 100 nəfərə qədər idi.

"Şimal uğrunda da şiddətli döyüşlər dünən axşamdan gecəyə kimi davam etdi. Düşmən xeyli itki verib"
- natiq dedi.

Lixovıy həmçinin bildirib ki, son bir neçə gündə işğalçılar öz hücumlarının intensivliyini və hücum qruplarının sayını artırıblar.

QAZİLER.AZ

 

Diaspora