Quranı yandıran rusiyalının vəkili məhkəmənin hökmündən apellyasiya şikayəti verib

Quranı yandıran rusiyalının vəkili məhkəmənin hökmündən apellyasiya şikayəti verib backend

"Qurani-Kərim"i yandıran Nikita Juravelin vəkili məhkəmənin hökmündən apellyasiya şikayəti verib.

Qaziler.az bildirir ki, bu barədə "Çeçenistan bu gün" xəbər agentliyi məlumat verir.

Yuliya Antonovanın sözlərinə görə, birinci instansiyanın qərarı düzgün deyil, çünki onun müdafiə etdiyi şəxsin hərəkətləri cinayətlər məcmusuna aid edilə bilməz.

“Hesab edirəm ki, apellyasiya şikayəti vermək məqsədəuyğundur. Fikrimcə, Çeçenistan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası bu hökmün qanuniliyinə və əsaslılığına qiymət verməlidir”, - deyə vəkil izah edib.

Qeyd olunur ki, Nikita Juravel etdiyi hərəkətə görə yenidən dindarlardan üzr istəyib. “Etiraf etdim, bunu etməməliydim. Belə bir hal yarandığına görə bir daha üzr  istəyirəm”, - deyə gənc bildirib.

QAZİLER.AZ

Diaspora