Sumı vilayətinə Rusiyanın ikinci zərbəsi nəticəsində polislər həlak olub

Sumı vilayətinə Rusiyanın ikinci zərbəsi nəticəsində polislər həlak olub backend

Ukraynanın Sumı rayonunda əkin sahəsinin dəfələrlə atəşə tutulması nəticəsində iki polis həlak olub. Daha 4 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko Telegram kanalında məlumat verib.

Klimenkonun qeyd etdiyi kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları işğalçıların ilkin zərbəsini sənədləşdirmək üçün hadisə yerinə gəliblər.

“Bu zaman düşmən yenidən zərbə endirib, artilleriya ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını hədəfə alıb.

Xilasedicilər dağıntılar altından iki polis əməkdaşının meyitini çıxarıblar. Bundan əlavə, daha dörd müstəntiq yaralanıb. Onlara tibbi yardım göstərilir.

"Polis ən qaynar nöqtələrdə belə mülki insanları tərk etmir. Onlar andına sadiq qalaraq daim öz həyatlarını riskə atırlar. Və bugünkü faciə sübut edir ki, bunlar sadəcə söz deyil", - o qeyd edib.

 

 

 

Diaspora