Ukraynada Berbokun kortejini Rusiya dronu izləyib - Almaniya TƏSDİQLƏDİ

Ukraynada Berbokun kortejini Rusiya dronu izləyib - Almaniya  TƏSDİQLƏDİ backend

Dünən, fevralın 25-də Rusiyanın pilotsuz təyyarəsi Almaniyanın xarici işlər naziri Annalena Berboku Nikolayevə doğru hərəkət edərkən, faktiki olaraq təqib edib.

RBC-Ukrayna Deutsche Welle-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər.

Onların sözlərinə görə, Almaniyanın xarici işlər naziri Annelena Berbokun Nikolayevə səfəri zamanı onun korteji həqiqətən də bir müddət Rusiyanın kəşfiyyat pilotsuz təyyarəsi tərəfindən izlənilib.

"Bu səbəbdən Berbok Nikolayevə səfərini vaxtından əvvəl başa vurmalı oldu", - deyə rəsmilər bildirib.

QAZİLER.AZ

Diaspora