Türkiyənin İstanbul şəhərində polis tərəfindən həyata keçirilən əməliyyatda, saqqız qutularında 2 kilo 366 qram narkotik maddə ilə yaxalanan 2 şübhəli həbs olundu.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbul vilayət təhlükəsizlik müdirliyi cinayətlərlə mübarizə şöbəsi qrupları mahalda narkotik ticarəti ilə məşğul olan şübhəlilərin tutulması üçün əməliyyat başlatdı.
Ünvanlarda saqqız qutularına gizlədilmiş 37 ədəd bağlamada 2 kilo 366 qram narkotik vasitə, 1 ədəd sənədsiz tapança və bu tapançaya aid patron, 2 ədəd mobil telefon və 100 dollar götürülüb.
Saxlanılan K.A.A. və M.Ü. Polis bölməsindəki prosedurlardan sonra onlar məhkəmə binasına aparılıb və "narkotik vasitələrin qanunsuz dövriyyəsi" cinayətinə görə həbs ediliblər.
QAZİLER.AZ