Ukraynada cəbhədə vəziyyət nə vaxt dəyişə bilər? - Estoniyanın ehtimalı

Ukraynada cəbhədə vəziyyət nə vaxt dəyişə bilər? -  Estoniyanın ehtimalı backend

Ukraynada cəbhədə bəzi dəyişiklikləri bu ilin ikinci yarısında görmək olar. Lakin bunun üçün Ukrayna yeni hava hücumundan müdafiə və uzaqmənzilli silahlar almalıdır.

Qaziler.az ERR-ə istinadən xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin rəhbəri general Martin Herem deyib.

"Son zamanlar cəbhədə ciddi dəyişikliklər baş verməyib və məncə, hazırkı vəziyyətin dalana dirəndiyini demək düzgün deyil. İndi hər iki tərəfin bir-birini yorduğu mövqe müharibəsi gedir. Rusiya az da olsa irəliləmək üçün böyük itkilər verməyə razıdır. Ona görə də cəbhədə vəziyyət gərgindir”, - o, bildirib.

Estoniyalı generalın fikrincə, Rusiya cəbhədə böyük itkilər verərək yüzlərlə metr, bəzi yerlərdə bir kilometr irəliləməyə davam edə bilər.

“Ukraynaya həm hava hücumundan müdafiə sistemləri, həm də uzaqmənzilli sistemlər üçün vəsait ayrılsa və düşünürəm ki, bu, bu ilin birinci yarısında baş verəcək – onda biz bu ilin ikinci yarısında bəzi dəyişiklikləri görə bilərik”, -deyə o, vurğulayıb.

QAZİLER.AZ

Diaspora