Ukraynalı general Xocalıda gördüklərindən danışdı: “Belə dəhşət görməmişəm” - VİDEO

Ukraynalı general Xocalıda gördüklərindən danışdı: “Belə dəhşət görməmişəm” - VİDEO backend

Ukraynanın Lvov şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.

Yerli ictimai xadimlərin, rəsmi nümayəndələrin və Ukraynada yaşayan azərbaycanlıların iştirakı ilə baş tutan anım tədbirində faciə qurbanlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirə qatılan keçmiş sovet ordusunun və daha sonra Ukrayna Ordusunun zabiti, hazırda təqaüddə olan general-polkovnik İvan Plaxotnyuk ötən əsrin 80-ci illərinin sonlarında Bakıda xidməti zamanı şahidi olduğu proseslərdən danışıb.

O, erməni separatçıların tək Xocalıda deyil, hər yerdə mülki şəxslərə qarşı vəhşiliklər törətdiyini deyib:

“Çox insan öldü, qalanlar isə ya itkin düşdü, ya da yaralandı. Proseslərə əvvəldən şahid olmuşam. Ötən əsrin 80-ci illərinin sonunda sovet ordusunun tərkibində Azərbaycanda xidmət etmişəm. Türküstan Hərbi Dairəsinin qərargahının komandanlığı altında əməliyyat qrupu Xankəndidə xilasetmə fəaliyyəti üçün altı alay formalaşdırmışdı. Burada xidmət zamanı erməni silahlılarının amansızlıqlarını gördüm. Mən buna qədər altı il Əfqanıstanda olmuşdum, heç orada belə bir dəhşət görməmişdim. Bunları etmək necə mümkün olub? Uşaqları, qocaları öldürürdülər”.

Tədbirdə həmçinin Azərbaycanın Ukraynadakı səfirliyinin 2-ci katibi Vilayət Şükürzadə də iştirak edib. O, Lvov ictimaiyyətinə Xocalı soyqırımı ilə bağlı tarixi faktlardan geniş söhbət açıb.

Ətraflı Baku Tv-nin videosunu təqdim edirik:

Diaspora