Rusiya qoşunları fevralın 26-da Yunakovskaya icmasına hava bombaları ataraq Sumı bölgəsini atəşə tutub. Yerli sakinlər dörd partlayışın olduğunu bildiriblər. Nəticədə insanlar ölüb.
Qaziler.az xəbər verir ki, bu barədə Sumı hərbi administrasiyasından bildirilib.
“Bu gün, fevralın 26-da saat 2:15-də Yunakov icmasına hava zərbəsi endirilib”, - məlumatda deyilir.
Düşmənin idarə olunan bombalardan istifadə etdiyi məlum olub, 4 partlayış qeydə alınıb.
“İlkin olaraq, hava zərbəsi nəticəsində iki nəfər - evdə olan ər-arvad həlak olub”, - deyə hərbi administrasiya bildirib və əlavə edib ki, bir fərdi yaşayış binası dağıdılıb, daha 5 yaşayış binasına isə ziyan dəyib.
mənbə: RBK-Ukrayna
QAZİLER.AZ