İzmirdə Xocalı soyqırımının 32-ci ildönümu ilə bağlı tədbir keçirilib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, İzmir Atatürk Mədəniyyət Mərkəzi (İAKD) tərəfindən Bornovada təşkil edilən tədbir Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi, şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.
Mərasimdə Türkiyə-Azərbaycan Federasiyasının sədr müavini və İAKD-nin sədri Əşrəf Tuna və Pərviz Məmmədzadə geniş məruzə ilə çıxış edib.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev və Doqquz Eylül Universitetinin professorları Gülmirə Kuruoğlu və Ülviyyə Aydın isə çıxışlarında məsələnin beynəlxalq səviyyədə qaldırılması, Ermənistanın cəzalandırılması yollarına diqqəti çəkiblər.
Tədbirdə soyqırımla bağlı film də nümayiş etdirilib.