Türkiyə 4 ilə 14 min km dəmir yolu çəkəcək?

Türkiyə 4 ilə 14 min km dəmir yolu çəkəcək? backend

Türkiyədə 2028-ci ilədək 1780 kilometr avtomobil və 14 min kilometrədək dəmir yolunun salınması planlaşdırılır.

QAZILER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu İzmirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyədə dəmir yollarının ümumi uzunluğunu 28 min kilometrə çatdırmaq planlaşdırılır.

“Yaxın illərdə Türkiyə hökuməti mülki aviasiya sahəsində mühüm addımlar atacaq, lakin nəqliyyat sahəsində əsas diqqət dəmir yollarına ayrılacaq. Məhz bu məsələyə dövlət investisiyaları nəzərdə tutulub. Bu, prioritetdir”, - nazir qeyd edib.

Diaspora