İranın “Kourosh” şirkəti və onun təsisçisi Amir Hosseyin Şarifian on milyonlarla dollar dəyərində fırıldaqçılıq yolu ilə “iPhone” satmaqda təqsirli bilinib.
Qaziler.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
İddia olunur ki, şirkət 700 dollar təşkil edən “Apple” smartfonlarının aşağı qiymətləri ilə müştəriləri cəlb edib. “Kourosh” bu qiymətin əməliyyatda vasitəçilərin olmaması səbəbindən mümkün olduğunu müdafiə edib. Bundan əlavə, mağazanın reklamı üçün məşhur bloggerlərin və ulduzların sosial şəbəkələrdəki səhifələrindən istifadə edilib. Alıcılara “iPhone”un ödənişdən 45 gün sonra çatdırılacağı vəd edilib, lakin alıcıların heç biri sifarişini almayıb.
Yerli medianın hesablamalarına görə, “Kourosh” mövcud olmayan “iPhone” telefonlarının satışından təxminən 35 milyon dollar qazana bilib və Şərifian ölkədən qaçıb. Dələduzluqdan əziyyət çəkən alıcılar polisdən fırıldaqçının tapılaraq cəzalandırılmasını tələb ediblər. Yerli hüquq-mühafizə orqanları artıq Şərifianı tapıb və onun ekstradisiyası ilə bağlı danışıqlar aparır. İş adamı özü video yayımlayıb və orada müştərilərə borcunun cəmi 2,7 milyon dollar olduğunu bildirib.
Məlumatda qeyd olunur ki, İranda sanksiyalara baxmayaraq, “iPhone” almaq olar, lakin onların qiyməti 2 min dollara çatır.
QAZİLER.AZ