Baxmut yaxınlığında Litvadan olan könüllü döyüşçü həlak olub

Baxmut yaxınlığında Litvadan olan könüllü döyüşçü həlak olub backend

Ukraynada Litvadan olan könüllü Tadas Tumas Baxmut yaxınlığında gedən döyüşlərdə həlak olub.

Qaziler.az bildirir ki, bu barədə  RBK-Ukrayna xəbər verir.

Ukraynadakı təlimatçılar missiyasının rəhbəri Siqitas Maliauskas bildirib ki, 1981-ci il təvəllüdlü, “Nəhəng” ləqəbli Litva əsgəri cümə günü öldürülüb. O, Ukrayna Silahlı Qüvvələrinin 92-ci briqadasında xidmət edib.

Maliauskasın sözlərinə görə, litvalı Baxmut ərazisində cəbhə xəttinə mina daşıyarkən həlak olub. Daha sonra onların avtomobili Rusiyaya məxsus pilotsuz uçan aparatla vurulub.

Maliauskasın sözlərinə görə, könüllü minaatan olub.

“Ancaq tez-tez döyüşdə olduğu kimi, o, müxtəlif vəzifələri yerinə yetirirdi - sürücü, topçu və kəşfiyyatçı.

Hərbçinin ölümü ilə bağlı məlumatı Litvanın milli müdafiə naziri Arvydas Anusauskas da təsdiqləyib.

QAZİLER.AZ

Diaspora