Ukrayna və Macarıstan sərhədində yeni keçid məntəqəsi açılır

Ukrayna və Macarıstan sərhədində yeni keçid məntəqəsi açılır backend

Ukrayna və Macarıstan sərhədində yeni keçid məntəqəsi yaranacaq. Bununla bağlı Nazirlər Kabineti fevralın 23-də müvafiq qərar qəbul edəcək.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna baş nazir Denis Şmıqalın Nazirlər Kabinetinin iclası zamanı verdiyi açıqlamaya istinadən məlumat verib.

"Bu gün hökumət Macarıstanla sərhəddə yeni keçid məntəqəsinin açılması ilə bağlı qərar verəcək. Bu, "Velikaya Palad - Nadqodoş" keçid məntəqəsidir. Məntəqənin açılışını macar həmkarlarımızla razılaşdırdıq. O, minik avtomobilləri üçün fəaliyyət göstərəcək və bu, növbələrin azalmasına kömək edəcək, vətəndaşlarımızın sərhədləri keçməsini sürətləndirəcək", - dedi.

Bundan əlavə, Şmıqala görə, Macarıstanla sərhəddə daha bir keçid məntəqəsinin - “Lujanka-Bereqşuran”ın işini genişləndirmək barədə razılıq var.

Baş nazirin qeyd etdiyi kimi, hazırda logistika və Ukrayna ixracının genişləndirilməsi məsələsi ilə bağlı bir çox sahələrdə iş gedir və bu, öz nəticəsini verir.

QAZİLER.AZ

Diaspora