Ukrayna cəbhədə yeni əks-hücum və əməliyyatlar hazırlayacaq. Ancaq müdafiə indi birinci prioritet vəzifədir.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskiyə Fox News-a müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, Rusiya kimi böyük dövlətlə müharibədə müdafiə böyük vəzifə və çağırışdır.
2023-cü ildə əks-hücum məsələsi və bunun daha effektiv olacağı gözləntisini şərh edən Zelenski bildirib ki, ilk növbədə hərbçilərin həyatı barədə düşünmək lazımdır, çünki Ukrayna əsgərlərini itirsə, hər şeyini itirəcək.
"Müdafiə bir nömrəli tapşırıqdır. Biz Qara dənizdə uğurlu tariximizi davam etdirəcəyik. Təfərrüata varmayacağam, amma biz Rusiya üçün bəzi sürprizlər hazırlayırıq. Bu, çox vacibdir. Cənub vacibdir. Şərqin müdafiəsi, 200 mindən çox əsgərlərinin olduğu yer də çox önəmlidir. Əlbəttə, biz yeni əks-hücum, yeni əməliyyatlar hazırlayacağıq. Mən demirəm ki, biz sadəcə dayanacağıq. Bu, bir çox şeydən asılıdır", - deyə Ukrayna prezidenti bildirib.
Zelenski Ukraynaya vaxtında silah alsaydı, əks-hücum daha uğurlu olardımı sualına cavab olaraq keçmişi xatırlamamağa, indini düşünməyə çağırıb. O əlavə edib ki, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli silahlar və bu kimi şeylərə ehtiyacı var.
Dövlət başçısının sözlərinə görə, indi cəbhədə vəziyyət ədalətli deyil, yəni qüvvələr bərabər deyil.
QAZİLER.AZ