Qəhrəman it Proteonun adı Kayseridə yaşadılacaq - FOTO

Qəhrəman it Proteonun adı Kayseridə yaşadılacaq - FOTO backend

Kayseri Rəcəb Tayyib Ərdoğan Milli Bağçasındakı it təlim parkına 6 fevral zəlzələləri zamanı Adıyamanda axtarış-xilasetmə fəaliyyətinə qatılan Meksika komandasının mərkəzi Kahramanmaraşda olan it "Proteo"nun adı veriləcək.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Böyükşehr Bələdiyyəsi rəsmisi Cüneyt Canıdemir  obyektin bir həftə ərzində xidmətə başlayacağını, axtarış-xilasetmə işlərində iştirak edəcək itlərə də obyektdə təlim keçiləcəyini bildirdi. 

Böyükşəhər Bələdiyyəsi Ətraf Mühitin Mühafizəsi və Nəzarət Şöbəsinin müdiri Yusuf Deliktaş, Milli Bağça Konfrans Salonunda heyvan sahiblərinə heyvanların qidalanması, təmizlənməsi, baxımı və peyvənd edilməsi kimi proseslərlə bağlı təlimlər verəcəklərini qeyd etdi.

QAZİLER.AZ

Diaspora