Rusiyanın müxalifət lideri Aleksey Navalnının anası Lyudmilaya oğlunun cəsədi dünən, fevralın 21-də göstərilib. Bunun üçün o, gizli şəkildə meyitxanaya aparılıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Navalnayanın müraciətinə istinadən məlumat yayıb.
O, Rusiyanın Salekhard şəhərinin İstintaq Komitəsinin binasında az qala bir gün müstəntiq və kriminalistlərlə birlikdə olduğunu bildirib.
"Dünən gecə gizli şəkildə məni morqa apardılar və orada Alekseyin cəsədini göstərdilər. Müstəntiqlər iddia edirlər ki, ölümün səbəbləri məlumdur və bütün tibbi və hüquqi sənədlər hazırdır", - Navalnaya əlavə edib.
O, bildirib ki, qanuna görə, Aleksey Navalnının cəsədi dərhal ona verilməli idi, lakin bu, indiyədək edilməyib. Əvəzində hüquq-mühafizə orqanlarının əməkdaşları onu “şantaj edir və oğlunun harada, nə vaxt və necə dəfn edilməsi ilə bağlı şərtlər qoyurlar”.
"İstəyirlər ki, dəfn vidalaşmadan, gizli şəkildə olsun. Məni qəbiristanlığın kənarına, təzə məzara aparıb deyirlər: oğlunuz buradadır".
Eyni zamanda, Navalnayanın sözlərinə görə, o, gizli dəfn mərasiminə razı olmasa, “oğlunun cəsədinə” nəsə olacağı ilə hədələnir.
QAZİLER.AZ