Ukrayna M113 zirehli transportyorları alıb

Ukrayna M113 zirehli transportyorları alıb backend

Ukrayna müdafiə qüvvələri yaralıları döyüşdən çıxarmaq üçün təchiz edilmiş M113 zirehli transportyorlarını qəbul edib. Bir qədər əvvəl onların Ukraynaya transferi İspaniya hakimiyyəti tərəfindən elan edilmişdi.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Onlarla bu evakuasiya zirehli texnikası artıq Ukraynaya gəlib. Yaxın gələcəkdə daha bir neçə yüz ədəd gözlənilir. Müharibədə göstərdikləri dəstəyə görə tərəfdaşlarımıza minnətdaram", - müdafiə naziri Rustem Umerov bildirib.

O qeyd edib ki, tırtıllı avtomobillərin manevr qabiliyyəti xeyli yüksəkdir, ona görə də yolsuzluq şəraitində onlar yaralıların təxliyyəsində daha effektiv olur.

"Hazırda yaralıların təxliyyəsi üçün zirehli texnikaları döyüş bölmələrinə keçiririk. Bu işi və bütövlükdə layihəni mənim müavinim Natalya Kalmıkova əlaqələndirir. Müharibədə göstərdikləri dəstəyə görə tərəfdaşlarımıza minnətdaram", - nazir bildirib.

QAZİLER.AZ

Diaspora