Yol qəzasında dünyasını dəyişən gəncin orqanları 4 nəfərə ümid oldu

Yol qəzasında dünyasını dəyişən gəncin orqanları 4 nəfərə ümid oldu backend

Türkiyənin Biləcik rayonunda yol qəzasında dünyasını dəyişən Barış Kılıçın 4 orqanı müxtəlif vilayətlərdə xəstələrə köçürüləcək.

Qaziler.az Türkiyə mətbuatına istiadən bildirir ki, fevralın 14-də Osmaneli-Biləcik yolunda baş verən yol qəzasında ağır yaralanan və Biləcik Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilən Kılıç 2 gün əvvəl dünyasını dəyişib.

Ailəsinin razılığı nəticəsində Kılıçın qaraciyəri Bursa Uludağ Universiteti Tibb Fakültəsi Xəstəxanasına, böyrəyi Çanaqqala 18 Mart Universiteti Tibb Fakültəsi Xəstəxanasına, ağ ciyəri Ankara Şəhər Xəstəxanasına, buynuz qişası isə xəstəxanaya göndərilib. Balıkesir Universiteti Tibb Fakültəsi Xəstəxanasında orqan gözləyən xəstələrə nəql ediləcək.

QAZİLER.AZ

Diaspora