Rusiya Ukraynada müharibə başlayandan 200-dən çox hərbi pilotunu itirib

Rusiya Ukraynada müharibə başlayandan 200-dən çox hərbi pilotunu itirib backend

Rusiya Ukraynada müharibə başlayandan bəri ən azı 216 hərbi pilotunu itirib.

"Report" xəbər verir ki, bu barədə "BBC news" məlumat yayıb.

Qeyd edilib ki, hər bir pilotun hazırlanması azı 6 il və 3 milyon dollardan çox vəsait tələb edir. Təkcə 2023-cü il ərzində Rusiya ən azı 62 hərbi pilotunu itirib.

Bildirilib ki, daha 13 rusiyalı hərbi pilot 2023-cü ildə Rusiya ərazisində "Vaqner" lideri Yevgeni Priqojinin qiyamı zamanı həlak olub.

Diaspora