Ərik ağacı fevral ayında çiçək açdı

Ərik ağacı fevral ayında çiçək açdı backend

Fevral ayı olmasına baxmayaraq, Türkiyədə havanın temperaturu mövsümi normalardan yüksəkdir. Çanaqqalanın Çan rayonunda ərik ağacı fevral ayında çiçək açıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, rayonun Küçükpaşa kəndində Sami Erdinçə məxsus evin bağçasında ərik ağacının çiçəklənməsi kənd sakinlərini təəccübləndirib.

Bölgədəki hava şəraitinin bir müddətdir mövsüm normalarından yüksək olması səbəbindən baş verdiyi ehtimal edilən hadisənin əvvəlki illərdə də oxşar halların yaşandığı, lakin ağaclarda meyvə məhsuldarlığının azaldığı müşahidə edilib. 

QAZİLER.AZ

Diaspora