FTX vətənə xəyanətdə şübhəli bilinən şəxsi saxlayıb - VİDEO

FTX vətənə xəyanətdə şübhəli bilinən şəxsi saxlayıb - VİDEO backend

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Ukraynanın xeyrinə dövlətə xəyanətdə şübhəli bilinən Çita sakinini saxlayıb.

Qaziler.az bildirir ki, bu barədə fevralın 21-də FTX-nın Trans-Baykal ərazisi üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın Trans-Baykal ərazisi üzrə Federal Təhlükəsizlik Xidməti Ukraynanın maraqları naminə dövlətə xəyanətdə iştirak edən yerli sakinin qanunsuz fəaliyyətinin qarşısını alıb”.

Departamentin aydınlaşdırdığı kimi, həmin şəxs Amerika səfirliyinə siyasi sığınacaqla bağlı müraciət etmək üçün ölkəni tərk etmək istəyərkən saxlanılıb.

İstintaqın məlumatına görə, 2022-ci ilin oktyabr ayından Çita sakini Telegram-da Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) nəzarətində olan icmanı idarə edib. Şübhəli şəxs Ukrayna tərəfinin maraqları naminə Rusiya əleyhinə təbliğat aparıb. Bundan əlavə, o, rus əsgərlərinin və onların qohumlarının şəxsi məlumatlarını toplayıb xaricdəki kuratorlara ötürüb.

Həmin şəxsə qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.

QAZİLER.AZ

 

 

 

Diaspora