İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan şübhəli İzmirdə tutuldu

İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan şübhəli İzmirdə tutuldu backend

Narkotik ticarəti ilə bağlı İnterpolun qırmızı bülleteni ilə axtarışda olan şübhəli Türkiyənin İzmir şəhərində həbs edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Karşıyaka Respublika Prokurorluğunun koordinasiyasında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbə Müdirliyi qrupları tərəfindən aparılan araşdırmada Almaniyada narkotik ticarəti ilə məşğul olan C.A.-nın İzmirə qeyri-qanuni yolla gəldiyi müəyyən edilib.

İnterpolda qırmızı bülletenlə axtarış qeydi olan və İzmirdə müxtəlif cinayətlərdə iştirak edən C.A., əməliyyat zamanı saxlalanıb.

C.A. həbs edilib.

QAZİLER,AZ

Diaspora