Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya 14 vilayətdə FETÖ-yə qarşı keçirilən "Kıskaç-7" əməliyyatlarında 67 şübhəlinin ələ keçirildiyini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 2023-cü il iyunun 1-dən etibarən FETÖ-yə qarşı aparılan əməliyyatlarda tutulan şübhəlilərin sayı 6 min 45-ə yüksəlib.
Bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib. 7-ci "Kıskaç" əməliyyatı eyni vaxtda 14 əyalətdə həyata keçirilib. Əməliyyatlar zamanı 67 şübhəli yaxalanıb.
Əməliyyatlar nəticəsində külli miqdarda pul, çoxlu sayda rəqəmsal material və təşkilati sənədlər ələ keçirilib.
QAZİLER,AZ