Rusiya ordusu bu gün, fevralın 20-də Donetsk vilayətinin Kramatorsk şəhərinə raket hücumu həyata keçirib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Donetsk vilayət administrasiyasının rəhbəri Vadim Filaşkinə və Kramatorsk şəhər şurasına istinadən məlumat yayıb.
"Kramatorsk yenidən düşmən atəşi altındadır", - məlumatda deyilir.
Qeyd olunur ki, saat 20 radələrində şəhərdə iki partlayış baş verib - ruslar sənaye zonasını və yaşayış massivini vurublar.
"Biz üç yaralı və çoxlu zədələnmiş hündürmərtəbəli binaları bilirik, atəşin son nəticələrini müəyyənləşdiririk", - Filaşkin yazıb.
QAZİLER.AZ

