Türkiyə Daxili İşlər Nazirliyi Ərzurum və Düzcedə terror təşkilatı İŞİD-a qarşı keçirilən “Bozdoğan-5” əməliyyatlarında 8 şübhəlinin ələ keçirildiyini bildirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, nazirliyin sosial media hesabından verdiyi məlumata görə, Ərzurum Respublika Baş Prokurorluğunun koordinasiyasında Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsi və Əyalət Jandarma Komandanlığı tərəfindən terror təşkilatı İŞİD-a qarşı əməliyyatlar keçirilib.
2014-2017-ci illər arasında İraqın Ənbar bölgəsində fəaliyyət göstərən "əmirlər" də daxil olmaqla 8 əcnəbi vətəndaş olan şübhəli şəxs yaxalanıb.
Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən şübhəlilərdən 6-sı həbs edilib, 2-si barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb.
QAZİLER.AZ