Ukraynadakı müharibədə iştirak edənlərin məzarlarını təhqir edən Vladiqafqaz sakini ittiham olunub.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Şimali Osetiya üzrəistintaq komitəsi bildirib. İdarədən verilən məlumata görə, 46 yaşlı qadın 2024-cü il fevralın 2-nə keçən gecə Vladiqafqazın şərq qəbiristanlığının “Qəhrəmanlar xiyabanı”na girərək oradakı əklillər və gül vazalarını ətrafa səpələyib.
İndi o, dəfn yerlərini təhqir etdiyinə görə cinayət işində ittiham olunur.
QAZİLER.AZ