Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etmir və bununçün ölkənin çox güclü arqumentləri var.
Qaziler.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Bizim bu istiqamətdə çox aydın mövqeyimiz var: biz sanksiyalar tətbiq etmirik və bunun üçün çox güclü arqumentlərimiz var" dedi.
Həmçinin, baş nazir rəhbərinin sözlərinə görə, Gürcüstan Ukraynanı “siyasi cəhətdən dəstəkləyir, ona güclü humanitar yardım göstərir” və Gürcüstanın “Ukrayna xalqı ilə müstəsna dostluq münasibətləri var”.
QAZİLER,AZ